Bahodir Nasimovun baş məşqçisi istefa verdi
Özbəkistan millisinin baş məşqçisi Mircəlal Qasımov postundan gedib.

İordaniyaya uduzduqdan sonra məşqçi istefa qərarı verib. Məğlubiyyətə görə azarkeşlərdən üzr istəyən Qasımov bütün günahları özündə gördüyünü deyib:

“Məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm. Futbolçularıma da çox sağ ol deyirəm. Onların heç birindən şikayətim yoxdu. Məğlubiyyətin günahını özümdə görürəm. Biz daha da irəli getmək istərdik. Amma işimizin öhdəsindən gələ bilmədik. Ona görə də istefa ərizəmi verəcəm. Komandaya yeni nəfəs lazımdı. Hazırda isə başqa turnirlər haqqında düşünmək lazımdı. Doğru deyirlər ki, sevgidən nifrətə yalnız bir addımdı. Ümid edirəm ki, komanda bundan sonra uğurlar əldə edəcək və ayaqları üstündə dayanmağı bacaracaq”.

Asiya qitəsinin “play-off” mərhələsində İordaniya ilə qarşılaşan Özbəkistan keçirilən iki oyunda 1:1-lik heç-heçə edib. Amma penaltilərdə uduzub – 8:9. Mircəlal Qasımov Özbəkistan millisini 2008-2010-cu illərdə və 2012-ci ildən indiyə qədər çalışdırıb.

Qeyd edək ki, “Neftçi”nin hücumçusu Bahodir Nasimov da İordaniya ilə baş tutan hər iki oyunda meydanda olub.

Xəbər 1077 dəfə oxundu.