Trappattoni istefa verdi
İrlandiya futbol federasiyası baş məşqçi Covanni Trappattoni ilə müqaviləni pozub. Bu barədə qurumun rəsmi saytı məlumat verib.74 yaşlı italyan 2008-ci ildən komandaya rəhbərlik edirdi. Onun rəhbərliyi altında İrlandiya Avro 2012-cilin final mərhələsinə vəsiqə qazanmışdı. Dünya çempionatının seçmə mərhələsində yığmanın vəsiqə qazanmaq şansları minimuma bərabərdir.

Xəbər 901 dəfə oxundu.