Rosell "Barselona"nı məhkəməyə verdi
İspaniya "Barselona"sı Ekvadorun "Barselona" (Quayakil) klubunu məhkəməyə verib.

Buna hər iki klubun loqosununu bir-birinə çox bənzəməsi səbəb olub.

La Liqa təmsilçisinin prezidenti Sandro Rosell Ekvador klubununun loqosunu dəyişdirməsini istəyib. Ölkənin "El Universo" qəzetinin xəbərinə görə, artıq bu barədə Rosell Ekvador məhkəməsinə müraciət edib. Ancaq Quayakil klubunun prezidenti isə komandanın tarixinin qorunması üçün çalışacağını deyib.

Qeyd edək ki, sözügedən klub 1925-ci il "Barselona"nın ispan azarkeşləri tərəfindən Ekvadorda yaradılıb. Klub 88 ildir ki, loqosu Kataloniya təmsilçisinə bənzər şəkildə olmuş və indiyə kimi bu barədə heç bir problem yaşanmamışdı.

Xəbər 920 dəfə oxundu.