Kiyev və Donetsk Bakıya rəqib oldu
Ukrayna birdən-birə iki şəhərini “Avro-2020”nin final mərhələsini keçirməyə namizədliyini irəli sürüb. Bunlar Kiyev və Donetskdir.

Ölkənin futbol federasiyası matçları “Olimpiyski” (Kiyev) və “Donbas Arena”da (Donetsk) keçirmək istəyir. Donetsk stadionu qrupun üç və “pley-off”un bir, “Olimpiyski” isə iki yarımfinal və final matçını keçirməyə namizəd kimi göstərilib.

Qeyd edək ki, “Avro-2020” Avropanın 13 şəhərində baş tutacaq. Namizədliyini irəli sürən şəhərlər arasında Azərbaycanın paytaxtı Bakı da var.

Xəbər 1343 dəfə oxundu.