Qasımov istefa verdi
Özbəkistan milli komandasının baş məşqçisi Mircəlal Qasımov vəzifəsindən istefa verib. Buna səbəb yığmanın İordaniya seçməsinə play-offda məğlubiyyətidir.

«Mən azarkeşlərdən üzr istəyirəm. Futbolçulara təşəkkür edirəm. Onlara heç bir iradım yoxdur, deyə Qasımov ölkə futbol federasiyasının rəsmi saytına bildirib.

Bütün məsuliyyəti öz üzərimə götürürəm. Komandaya yeni nəfəs lazımdır».

Xəbər 870 dəfə oxundu.