Fariz Məmmədovun növbəti rəqibi müəyyənləşib
Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədovun növbəti rəqibi müəyyənləşib. Ukraynanın Xarkov şəhərində sentyabrın 21-də baş tutacaq döyüşdə boksçumuz Belarus idmançısı Aleksandr Abramenko ilə mübarizə aparacaq.

WBO versiyasının reytinq xarakterli bu döyüşü əvvəlcədən nəzərdə tutuldugu kimi, altı yox, səkkiz raunddan ibarət olacaq.

35 yaşlı rəqibinin təcrübəli boksçu olduğunu söyləyən F.Məmmədov qarşıdakı döyüşə yüksək səviyyədə hazırlaşdığını və qələbə qazanacağına inandığını deyib.

Xatırladaq ki, F.Məmmədovun oktyabrında 26-da Böyük Britaniyada da reytinq xarakterli döyüşü nəzərdə tutulub.

Xəbər 1283 dəfə oxundu.