Millidə 100-cü matçına çıxdı, 8-ci oldu
"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində keçirilən Ukrayna - İngiltərə matçı qonaqların futbolçusu Frənk Lempard üçün əlamətdar olub.

İngilis futbolçu milli komandada 100-cü matçına çıxıb.

Bununla da, 35 yaşlı futbolçu İngiltərə millisində ən çox oyun keçirən 8-ci futbolçu olub. Lempard millidə 5 oyun artıq keçirən Stiven Cerard və Eşli Kouldan geri qalır.

Qeyd edək ki, Ukrayna - İngiltərə oyunu 0:0 hesabı ilə başa çatıb.

İngiltərə millisində ən çox oyun keçirən futbolçular:

1. Piter Şilton - 125 oyun
2. Devid Bekhem - 115 oyun
3. Bobbi Mur - 108 oyun
4. Bobbi Çarlton - 106 oyun
5. Bili Rayt - 105 oyun
6. Stiven Cerard - 105 oyun
7. Eşli Koul - 105 oyun
8. Frənk Lempard - 100 oyun

Xəbər 828 dəfə oxundu.