Ağasi Ağagül oğlu Məmmədov - BÜRÜNC MEDAL
Məmmədov Ağasi Ağagül oğlu 1980-cı il iyunun 1-də Bakı şəhərində anadan olub.

1996-cı ildə yeniyetmələrin Avropa birinçiliyinin qalibi olub (1996, İtaliya).
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını və Azərbaycan Kooperasiya Universitetini bitirib.

1987-ci ildən “Məhsul” Cəmiyyətinin boks böməsində əməkdar məşqçi Vaqif Kazımovun başçılığı ilə, 2001-ci ildən isə “Gömrükçü” İdman-Sağlamlıq Cəmiyyətində məşğul olub.

2000-ci ildə Finlandiyada keçirilmiş Avropa çempionatının qalibi olub. 2001-ci ildə dünya çempionatının gümüş medalçısı, (İrlandiya), 2003-cü ildə dünya çempionu (Tailand) olub.

2004-cü ildə, Afinada keçirilmiş XXVIII Yay Olimpiya Oyunların bürünc medalını qazanıb. Həmin il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.

Xəbər 4065 dəfə oxundu.