"Suarez Messinin ardından dünyanın ən yaxşı futbolçusudur"
"Vest Bromviç" klubunun müdafiəçisi Dieqo Luqano Uruqvay millisindəki komanda yoldaşı Luis Suarez haqda xoş sözlər deyib.

"El Pais"ə müsahibə verən Suarezi Messindən sonra dünyanın ən yaxşısı adlandırıb:

"Messinin ardından dünyanın ən yaxşı futbolçusuna sahibik. Uruqvay millisi onun kimi bir futbolçuya sahib olduğu üçün çox şanslıdır. Suarezin "Liverpul"da da işləri yolunda gedir. Ona Premyer Liqada uğurlar arzulayıram".

Xəbər 1098 dəfə oxundu.