"Kəpəz" hələ də Samuxda məşq edir
Azərbaycan birinci divizionunda mübarizə aparacaq “Kəpəz” klubu problemlər içində boğulur. Futbolçu tapa bilməyən Gəncə təmsilçisinin bazası da bərbad gündədir.

Buna görə də “Kəpəz” məşqlərini hazırda Samuxda davam etdirir. Amma bu, müvəqqəti haldır. “Kəpəz” klubunun prezidenti, gəncə futbolunun kuratoru Mehman Allahverdiyev bildirib ki, hazırda Gəncə şəhər stadionunda təmir işləri gedir. Və təmir işləri yekunlaşdıqdan dərhal sonra “Kəpəz” doğma şəhərinə qayıdacaq.

Xəbər 903 dəfə oxundu.