Premyer Liqanın lideri ciddi itki ilə üzləşdi
İngiltərə Premyer Liqasında bu mövsüm oynadığı üç matçda da qələbə qazanaraq birinci pilləyə yüksələn "Liverpul" ciddi itki ilə üzləşib.

"Mançester Yunayted"lə oyunda 78-ci dəqiqədə zədələnərək oyunu tərk etmək məcburiyyətində qalan Qlen Consonun son vəziyyəti məlum olub.

Zədəsi ciddi olan müdafiəçinin 10 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, sözügedən qarşılaşmada "Liverpul" "MY"nı 1:0 hesabı ilə məğlub etmişdi.

Xəbər 900 dəfə oxundu.