"Sumqayıt" "Simurq"la oyun hazırlaşır
"Sumqayı" klubu Topaz Premyer Liqasının növbəti turu çərçivəsində Qəbələ şəhər stadionunda "Simurq"un qonağı olacaq.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Sumqayıt İdman Mərkəzində bu oyun üçün hazırlıqlarını davam etdirir.

A millinin heyətindən qayıdan Ruslan Qurbanov, Anar Nəzirov və U-21-də yer almış Nurlan Novruzov, Slavik Alxasov, Elşən Abdullayev, Kərim Diniyev artıq məşqlərə başlayıb. Aleksandr Çertoqanov yüngül zədəsi olduğu üçün fərdi məşqlərlə kifayətlənib.

Qeyd edək ki, U-19-un heyətində yer alan Ruslan Nəsirli və Orxan Əliyev sabahdan məşqlərə qatılacaq.

Xəbər 922 dəfə oxundu.