Cerard: "Ukrayna ilə oyunda səhv etməməliyik"
İngiltərə millisinin kapitanı Stiven cerard "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində bu axşam qarşılaşacaqları Ukrayna ilə oyunöncəsi fikirlərini bölüşüb.

"Sky Sport"a danışan Cerard bu görüşdə səhv etməməli olduqlarını bildirib:

"Ukrayna ilə oyun gənc futbolçularımızın özlərini beynəlxalq səviyyədə göstərmələri üçün yaxşı şans olacaq. Səfərdə oynayacağımız üçün bu matçın gərgin keçəcəyini bilirik. Bu oyunda səhv etmək olmaz. Çünki əgər səhvə yol versək, rəqib azarkeşlər bizi təzyiq altında saxlamaq üçün əllərindən gələni edəcəklər. Ona görə də diqqətli oynamalıyıq".

Qeyd edək ki, Ukrayna - İngiltərə oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 1026 dəfə oxundu.