Pepe: "Ronaldo Portuqaliyanın simvoludur"
"Real" (Madrid) klubu və Portuqaliya millisinin müdafiəçisi Pepe komanda yoldaşı Kriştiano Ronaldo haqda xoş sözlər deyib.

Pepe Ronaldonu Portuqaliyanın simvolu adlandırıb:

"Ronaldonun üstün cəhəti odur ki, o hər zaman komandasına kömək etməyə hazırdır. Şimali İrlandiya ilə görüşdə Ronaldo tam hazır olmasa da, meydana çıxdı və het-triklə komandasına qələbə qazandırdı. Ronaldo Portuqaliyanın simvoludur. O hətta Fiqo və Eysebiodan da irəlidir".

Xəbər 962 dəfə oxundu.