Məsut Özil Qaret Beyli üstələdi
"Arsenal"ın yeni transferi Məsut Özilin "Real" (Madrid) klubunun 100 milyon avroya heyətinə qatdığı Qaret Beyllə müqayisədə daha çox diqqət mərkəzində olduğu məlub olub.

İnternet üzərindən satışlar edən Avropanın ən böyük forma mağazalarından biri olan "Uksoccershop.com" hər iki futbolçunun nə qədər formasının satıldığını bildirib.

Verilən məlumatda alman yarımmüdafiəçinin Beyldən beş dəfə çox formasının satıldığı müəyyənləşib.

Qeyd edək ki, Özil "Arsenal"la beş illik müqavilə imzalayıb.

Xəbər 935 dəfə oxundu.