“Qəbələ” heyətinə daha iki oyunçu əlavə edib
Futbol üzrə Topaz Premyer Liqasının VI turu çərçivəsində paytaxtda AZAL ilə qarşılaşacaq “Qəbələ” komandası qarşıdakı oyununa hazırlıqlarını davam etdirir.

“Qəbələ”nin əsas komandasının düşərgəsinə iki yeni futbolçu qatılmışdır. Bunlar “Qəbələ”nin əvəzedici heyətində çıxış edən Müşfiq Teymurov və Murad Musayevdir.
Hər iki futbolçu “Qəbələ” futbol akademiyasının yetirməsidir.


Xəbər 753 dəfə oxundu.