"Barselona" Messini milliyə buraxmaq istəmir
"Barselona" klubu Argentina millisinin də forma geyinən futbolçusu Lionel Messi üçün bu ölkənin futbol federasiyasına məktub göndərib.

Rəhbərlik federasiyadan son zamanlar zədələnən ulduz hücumçunun Peru və Uruqvay matçları üçün milliyə çağırılmamasını istəyib.

Bununla da, klub Messinin növbəti dəfə zədələnməsinin qarşısına almağa çalışıb. Argentinanın isə bu tələbi yerinə yetirib-yetirməyəcəyi hələlik məlum deyil.

Xəbər 885 dəfə oxundu.