Cavid İmamverdiyev millimizin İsraillə oyunundan danışdı
“Millimizin İsrail yığması ilə oyunu çətin, bir o qədər də maraqlı alındı. Belə rəqibə səfərdə qol vurmaq və yekunda heç-heçə etmək məncə yaxşı nəticədi".

Bu sözləri "Neftçi" klubunun futbolçusu Cavid İmamverdiyev klubun saytına açıqlamasında milli komandamızın İsrail yığması ilə oyununa münasibət bildirərkən deyib:

Bir vaxtlar milli komandaya dəvət alan futbolçu yenidən yığmanın heyətində çıxış etmək arzusunda olduğunu qeyd edib:

"Hiss olunur ki, milli komanda günü-gündən daha yaxşı təsir bağışlayır. Komanda yoldaşlarım Mahir Şükürov və Araz Abdulayevin də bu nəticənin qazanılmasında böyük payı var. Yığma komandada oynamaq hər bir futbolçu üçün şərəfdir. Mən də öz növbəmdə çalışacam ki, “Neftçi”nin heyətində möhkəmlənib mütəmadi olaraq milli komandanın heyətinə dəvət olunum".

Xəbər 938 dəfə oxundu.