Fatih Terim Rumıniya ilə oyundan danışdı
“Rumıniyanın bizə qalib gəlməsi və ya rəqiblə bərabərə qaldığımız halda nələr olacağını hamımız bilirik. Ancaq uduzmaqdan qorxmamalıyıq. Onsuzda itiriləsi bir şey yoxdur. Bundan sonra da heçnədən çəkinməməliyik”.

Bu sözləri Türkiyə millisinin baş məşqçisi Fatih Terim “DÇ-2014”-ün seçmə mərhələsində Rumıniya ilə oyunqabağı təşkil olunan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Dünya çepionatının final mərhələsinə çıxmaq şanslarının az olmasına baxmayaraq, sona qədər inamla mübarizə aparacaqlarını bildirib: "Düzdü, Rumıniyanı məğlub etməklə hər şey bitmir. Ancaq əvvəlcə bu oyunda qələbə qazanaq, sonra Estoniya və Hollandiya ilə matçı düşünərik. Hər kəs Rumıniya ilə oyunda uduzmaq qorxusunu qazanmaq arzusuna döndərə bilən bir milli komanda görəcək. Qrupdan çıxmaq şansımız çox az görünür. Ancaq möcüzə deyilən bir şey var. Həm də oyunçularımın heçnədən çəkinəcəyi yoxdur”.

Xəbər 913 dəfə oxundu.