Rusiya - İsrail oyunundan öncə təşkil olunan mətbuat konfransında maraqlı anlar yaşandı
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Rusiya - İsrail oyunundan öncə təşkil olunan mətbuat konfransında maraqlı anlar yaşanıb.

Tədbirin gedişatında İsrail yığmasının qapıçısı Dudu Avat israilli jurnalistlə əməlli-başlı qırğına çıxıb. Belə ki, Avatla "Ediot Axronot" qəzetinin əməkdaşı Dansi Pir bir neçə dəqiqə ərzində bir-birilərinin ünvanına ittihamlar səsləndiriblər. Rusiyalı jurnalistlər əvvəlcə nə baş verdiyini anlamayıblar. Çünki tərəflər doğma dildə mübahisə ediblər. Sonradan isə məlum olub ki, jurnalist Avatı seçmə mərhələ ərzində 6 xal itkisində günahlandıraraq, soruşub ki, o nə vaxt "kəpənək tutmağ"ı tərgidəcək. Bu sualı eşitdikdən sonra özündən çıxan İsrail yığmasının qapıçısı isə bəyan edib ki, bu jurnalist daim onu izləyir və vacib oyunlardan öncə onu özündən çıxarır.

Xəbər 763 dəfə oxundu.