İspaniya millisi David Silvanı da itirdi
Yoxlama oyununda Çili ilə görüşəcək İspaniya millisi qarşıdakı matça itki ilə çıxacaq. "Mançester Siti"nin üzvü David Silva cənubi amerikalılara qarşı matçda forma geyə bilməyəcək. Buna səbəb Silvanın zədələnməsidir. 27 yaşlı futbolçu Finlandiya ilə oyundan sonra (2:0) "Mançester Siti"nin düşərgəsinə yollanıb.

Xatırladaq ki, buna qədər İspaniya millisi zədə səbəbindən Buskets və İskonu da itirib.

Xəbər 875 dəfə oxundu.