“Rabitə” növbəti transferini rəsmiləşdirib
“Rabitə” növbəti transferini rəsmiləşdirib. Azərbaycan çempionu Tailand millisinin toppaylayıcısı Nutsara Tomkomun keçidini həll edib. Tomkom az öncə klubdan göndərilən ukraynalı İrina Jukovanın əvəzinə alınıb.

Qeyd edək ki, Tomkom artıq bir neçə ildir ki Azərbaycanda oynayır. Onun ölkəmizdəki karyerası “Azərreyl”də başlayıb. Daha sonra“İstisadçı”da oynayan Asiya çempionatının və kubokunun qalibi Super Liqanın 2 dəfə gümüş medalını qazanıb və 2010/2011 mövsümündə ən yaxşı toppaylayıcısı seçilib.

Xəbər 1000 dəfə oxundu.