"Rəvan" - "Qarabağ" matçının başlama saatı açıqlandı
"Rəvan” Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Qarabağ”ı qəbul edəcək.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq oyun cədvəlləri də məlum olub.

Sentyabrın 12-si saat 16:00-da əvəzedici, 13-ü saat 19:00-da isə əsas komandaların görüşləri olacaq. Hər iki oyun "Bayıl stadionu”nda keçiriləcək.

Xəbər 892 dəfə oxundu.