"Qəbələ"də iki yeni futbolçu
Premyer Liqanın VI turu çərçivəsində paytaxtda baş tutacaq AZAL-"Qəbələ" oyununun hazırlıqlarını davam etdirən "qırmızı-qaralar"ın düşərgəsinə iki yeni futbolçu qatılıb.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar "Qəbələ"nin əvəzedicilər heyətində top qovan Müşfiq Teymurov və Murad Musayevdir.

Ampluaca müdafiəçi olan futbolçulardan Müşfiq 1993-cü il, Murad isə 1994-cü il təvəllüdlüdür.

Xatırladaq ki, hər iki futbolçu "Qəbələ" Futbol Akademiyasının yetirməsidir.

Xəbər 976 dəfə oxundu.