A Seriyasının ən çox qazanan futbolçusu bəlli oldu
İtaliya A seriyasında ən çox qazanan futboçuların siyahısı açıqlanıb.

Siyahıya illik 6.5 milyon avro qazanan "Roma"nın oyunçusu Daniele De Rossi başçılıq edir.

"Napoli"nin yeni transferi Qonzalo İquain 5.5 milyon avro ilə İtaliyada ən çox qazanan ikinci futbolçudur. İlinə 5 milyon avro qazanan "İnter"in hücumçusu Dieqo Milito isə üçüncüdür.

Açıqlanan rəqəmlərə görə, A seriyasında forma geyinən heç bir oyunçu Avropanın ən çox qazanan 10 futbolçusu siyahısına daxil omayıb. Futbolçularının ən çox pul xərcləyən klub isə 49.8 milyon avro ilə "Yuventus"dur. "Milan" klubu 47.94 milyon avro ilə ikinci pillədə yer alır.

Xəbər 1246 dəfə oxundu.