Millimizin oyunlarının vaxtı açıqlandı
Sentyabrın 9-dan 19-a qədər Avstriyanın Vyana şəhərində 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı təşkil olunacaq.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, toplanışdan sonra - sentyabrın 21-dən etibarən yığmamız Avstriyanın Lindabrunn şəhərində Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına çıxacaq.

Qarşılaşmaların təqvimini diqqətinizə çatdırırıq:

21 sentyabr, saat 14:00
Xorvatiya - Azərbaycan

23 sentyabr, saat 19:00
Avstriya - Azərbaycan

26 sentyabr, saat 19:00
İsrail - Azərbaycan

Xəbər 942 dəfə oxundu.