Neymar üçün xüsusi içki
Qan azlığından əziyyət çəkən və Konfederasiyalar Kubokundan sonra arıqlayan "Barselona"nın futbolçusu Neymar xüsusi içki sayəsində əvvəlki çəkisini bərpa edəcək.

Kataloniya klubu braziliyalı hücumçuya matçlardan sonta vitaminlərin olduğu xüsusi içki içirdəcək.

Bu içkinin içində B1, B2, B6, B9, B12, C və E vitaminləri yer alacaq. Bu isə futbolçunun əvvəlki formasına qayıtmağa təsir edəcək.

Xəbər 1033 dəfə oxundu.