Qaret Beyl "Qalatasaray"a qarşı oynamayacaq
Real"ın (Madrid) yeni transferi Qaret Beyl Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la ilk matçda forma geyə bilməyəcəyi dəqiqləşib.

Madrid klubunun baş məşqçisi Karlo Ançelotti uelsli yarımmüdafiəçini sözügedən qarşılaşmada oynatmamaqla bağlı qərar verib. Səbəb isə futbolçunun zədəli olması və klubla birlikdə çalışa bilməməsidir.

Əzələsindəki problemlər səbəbindən Uels millisinin "DÇ-2014"ün seçmə mərhələsində Makedoniya ilə matçında forma geyə bilməyən Beylin "Real"da ilk oyununa sentyabrın 21-i "Xetafe" ilə matçda çıxacağı gözlənilir.

Qeyd edək ki, "Qalatasaray" - "Real" oyunu sentyabrın 17-i keçiriləcək.

Xəbər 916 dəfə oxundu.