“Elite Horse Club”da polo üzrə dünya kuboku yarışları başa çatdı
Bakıdakı “Elite Horse Club”da polo üzrə dünya kuboku yarışları başa çatıb.

Üçüncü yer uğrunda Böyük Britaniyanın “Bentli” və ABŞ-ın “Monblan” komandaları qarşılaşmışlar. Rəqibini 9:6 hesabı ilə məğlub edən “Bentli” komandası yarışları üçüncü pillədə başa vurub.

Həlledici görüşdə “Çopard” (Argentina) və “Baltika” (Avropa) komandaları üz-üzə gəlmişlər. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 8:7 hesabı ilə “Baltika”nın xeyrinə yekunlaşıb.
“Polo Vətəninə qayıdır” şüarı altında keçirilən yarışda 8 komanda iştirak etmişdir. Bunlardan dördü - “Çopard” (Argentina), “Bentli” (Böyük Britaniya), “Monblan” (ABŞ) və “Baltika” (Avropa) peşəkar komandalardır.

Turnirdə Azərbaycanın yalnız yerli oyunçularından təşkil olunmuş “Qarabağ”, “Göyəzən”, eləcə də “Milla Qrin” və “Milla Vayt” kollektivləri də mübarizə aparmışlar.

Xəbər 816 dəfə oxundu.