“Fəal ailəm, sağlam aləm” layihəsi çərçivəsində ilk ailəvi idman yarışı keçirilib
Sentyabrın 9-da Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK) Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan Coca-Cola şirkəti ilə birgə həyata keçirdiyi “Fəal Ailəm, Sağlam Aləm” layihəsi çərçivəsində İsmayıllı Olimpiya İdman Kompleksində ilk ailəvi idman yarışı keçirilib.

Yarışın əsas məqsədi olimpiya hərəkatı və sağlam həyat tərzinin geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və onların valideynlərini olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarət olub.

Yarışa Bakı və İsmayıllı şəhərindən olan 5 ailə, 400 nəfərə qədər tamaşaçı azarkeşlik edib.

Meydançaya uşaqlardan və valideynlərdən ibarət ailə komandaları dəvət olunaraq şən, təhlükəsiz və inklusiv oyunlar əsasında hazırlanmış estafet yarışına start verilib.

Sonda iştirakçı ailələr qonaqlar və yerli hökumət qurumların rəsmiləri tərəfindən fəxri diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 1265 dəfə oxundu.