Ukraynada boks üzrə dünya birinciliyini keçirilir
Ukraynanın paytaxtı Kiyevdə yeniyetmələr arasında boks üzrə dünya birinciliyini keçirilir.

Yarışın ilk günündə milli komandamızın iki üzvü rinqə çıxmışdır. Yarışda 46 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov Vanuatu idmançısı Masinq Varavararı məğlub edib.
Elvin Məhərrəmov isə (75 kq) ilk mərhələdəcə yarışla vidalaşmalı olmuşdur. Həmyerlimiz Gürcüstan təmsilçisi Rati Tlaşadze ilə dueldən məğlub ayrılıb.

Sentyabrın 15-dək davam edəcək yarışda 52 ölkədən 351 boksçu mübarizə aparır.

Xəbər 1225 dəfə oxundu.