Uşaq və yeniyetmələrin səmərəli istirahəti
Sentyabrın 6-da Gənclər və İdman Nazirliyi və Beynəlxalq uşaq əyləncəli futbol məktəbinin Azərbaycan nümayəndəliyi ilə birgə Astara rayonunda açıq uşaq əyləncəli futbol məktəbinin açılış mərasimi keçirilib.

Astara Olimpiya İdman Kompleksində təşkil olunan mərasimdə 2001-2006- cı il təvəllüdlü uşaqlar futbol etüdlərini nümayiş etdirib.

Təşkil olunmuş futbol qrupları arasında yoldaşlıq görüşləri keçirilib. Astara şəhər 2 saylı tam orta məktəbinin fiziki tərbiyə müəllimi, futbol üzrə mütəxəssis və məşqçi Afaq Əkbərov yarışlara baş hakimlik edib.

Tədbirdə iştirak edən komanda üzvləri idman köynəyi və kepkası ilə, hər bir qrup futbol topu və sertifikatla mükafatlandırılıblar.

Xəbər 2550 dəfə oxundu.