Zidan Ronaldo və Riberini seçdi
"Real" (Madrid) klubunun məşqçisi Zinəddin Zidan bu ilin sonunda veriləcək "Qızıl top" mükafatını almağa layiq gördüyü futbolçuların adını açıqlayıb.

O, bu ilki mükafatı Frank Riberi və ya Kriştiano Ronaldodan birinin almalı olduğunu deyib:

"Ümid edirəm ki, ikisindən biri bu mükafatı qazanar. Çünki hər ikisi buna layiqdir. Əgər iki dənə "Qızıl Top" mükafatı olsaydı, hərəsinə birini verərdim. Amma bu mükafat bir dənə olduğu üçün kimin alacağına qərar verə bilmirəm".

Qeyd edək ki, bu il "Qızıl top" mükafatı uğrunda Lionel Messi, Kriştiano Ronaldo və Frənk Riberi yarışacaqlar.

Xəbər 928 dəfə oxundu.