Samuel Eto yeni qərar qəbul edib
Samuel Eto`O Kamerun millisindəki çıxışını başa vurmaq haqda qərar qəbul edib. Bu haqda futbolçu özü dünən DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Liviyaya qarşı baş tutan matçdan (1:0) dərhal sonra açıqlama verib.

Təcrübəli forvard qeyd edib ki, yığmanı şəxsi problemlərinə görə tərk edir. 32 yaşlı futbolçu hələ ötən qışda bu qaərarı qəbul etsə də, sonradan fikrini dəyişmişdi. Əlavə edək ki, Eto`O millinin heyətində meydana çıxdığı 112 oyunda 55 qol vurub.

Xəbər 804 dəfə oxundu.