"Mourinyodan sonra La Liqada gərginlik azaldı"
"Barselona"nın prezidenti Sandro Rosell bir çox məsələlər barədə maraqlı açıqlamalar verib.

"TV3"ə danışan klub prezidenti Madrid "Real"ının qapıçıçısı İker Kasilyasın Kataloniya klubuna transfer olunacağı ilə bağlı yayılan xəbərlərə belə cavab verib:

"Kasilyas transfer olmayacaq, çünki o, "Real"ın ikonudur. Onu heç vaxt "Barselona" forması ilə görməyəcəm. Eyni şəkildə Xavinin də Madrid klubunda olmasını istəmərəm".

Rosell Joze Mourinyonun "Çelsi"yə getməsi ilə La Liqada gərginliyin azaldığını da etiraf edib: "O, getdikdən sonra gərginlik azaldı. UEFA Superkubokunda "Bavariya"nı dəstəklədim. Çünki Pep Qvardiola tarixin ən yaxşı çalışdırıcısıdır".

Xəbər 1033 dəfə oxundu.