Avropa çempionatında play-off-un bütün iştirakçıları bəlli oldu
Qadın voleybolçular arasında Almaniya və İsveçrədə keçirilən Avropa çempionatının pley-off mərhələsində cütlüklər müəyyənləşib. C qrupunda Azərbaycana qalib gələrək, mərhələ adlayan Xorvatiya və Belarus yığmalarının rəqiblərinin adlarına da aydınlıq gəlib. Onlar müvafiq olaraq, Türkiyə və Hollandiya ilə münasibətlərinə aydınlıq gətirəcəklər.

Digər cütlüklərdə isə İtaliya Polşanı, Çexiya Fransanı sınağa çəkəcək. Bu mərhələdə güclü olan yığmalar 1/4 finala yüksələcəklər ki, onları da orada qrup qalibləri gözləyir.

Pley-off mərhələsi
10 sentyabr
20:00. Türkiyə (A2) – Belarus (C3)
20:30. İtaliya (B2) – Polşa (D3)
23:00. Xorvatiya (C2) – Hollandiya (A3)
23:30. Çexiya (D2) – Fransa (B3)

11 sentyabr
Almaniya – Xorvatiya/Hollandiya cütünün qalibi
Rusiya – Türkiyə/Belarus cütünün qalibi
Belçika – Çexiya/Fransa cütünün qalibi
Serbiya - İtaliya/Polşa cütünün qalibi

Xəbər 717 dəfə oxundu.