Boks üzrə yeniyetmələr arasında dünya birinciliyinə start verilib
Ukraynanın paytaxtı Kiyevdə boks üzrə yeniyetmələr arasında dünya birinciliyinə start verilib. Yarışın ilk günündə milli komandamızın 2 üzvü rinqə çıxıb. 46 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov Vanuatu udmançısı Masinq Varavararı məğlub edib. Hər 3 hakim boksçumuzun qələbəsini qeydə alıb – 30:22, 30:22, 30:24.

Elvin Məhərrəmov isə (75 kq) ilk mərhələdəcə yarışla vidalaşmalı olub. Həmyerlimiz Gürcüstan təmsilçisi Rati Tlaşadze ilə dueldən məğlub ayrılıb – 0:3 (27:30, 28:29, 27:30). Qeyd edək ki, sentyabrın 15-dək davam edəcək yarışda 52 ölkənin 351 boksçusu mübarizə aparır.

Bu gün milli komandamızın daha 5 üzvü rinqə çıxacaq.

50 kq: Ümid Rüstəmov – Varinder Sinqh (AİBA)

66 Kq: Rövşən Musayev – Rayan Skayf (Yeni Zelandiya)

80 kq: Şükran Mehdiyev – Məhəmməd Aydın (Türkiyə)

70 kq: Hüseyn Tarverdili – Vardan Kosyan (Ermənistan)

57 kq: Pərviz Quliyev – Boburmirzo Tolibov (Özbəkistan)

48 kq: Elşən Qafarlı – Banal Hipolito (Filippin)

Xəbər 1196 dəfə oxundu.