"Xəzər Lənkəran" bu gün başlayır
Premyer Liqanın son turundan sonra məşqlərə fasilə verməyən "Xəzər Lənkəran" Qəbələdə təşkil olunan təlim-məşq toplanışını 6 sentyabr tarixində başa çatdırdı.

İdman.com.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Beynəlxalq oyunlarla əlaqədar yaranan fasilə zamanı bir sıra futbolçular isə milli komandaların heyətində oyunlar keçirdi. Kapitan Rahid Əmirquliyev Azərbaycan yığmasının heyətində İsrailə qarşı oyunda (1:1) gözəl zərbə ilə hesabı açaraq millinin səfər oyunlarında vurduğu 50-ci qolun müəllifi oldu. Cənub təmsilçisinin yarımmüdafiəçisi Nikola Qliqorov isə Makedoniya yığmasının Uels üzərində qələbə qazandığı qarşılaşmada (2:1) start fitindən final fitinə kimi meydanda mübarizə apardı.

Qeyd edək ki, iki gün sonra Makedoniya seçmə mərhələ çərçivəsində Şotlandiya ilə üz-üzə gələcək.

Bu gün istirahəti yekunlaşdıran komandamız axşam məşqi ilə hazırlıqlarını bərpa edəcək.

Xəbər 789 dəfə oxundu.