Özil: "Real"da hörmətimi itirmişdim"
Transfer pəncərəsinin bağlanmasına az qalmış "Real"dan (Madrid) "Arsenal"a transfer olan Məsut Özil maraqlı açıqlamalar verib.

49 milyon avroya transfer olunan türk əsilli futbolçu "Real"dan ayrılmasının səbəblərindən danışıb. Qeyd edib ki, ispan klubunda ədalətsizlik və inamsızlıq görüb. Həmçinin "Arsenal"ın baş məşqçisi Arsen Vengerə görə bu komandaya gəldiyini vuğulayıb:

"Vengerlə çox rahat bir şəkildə danışıb razılığa gəldik. O, məndən nə istədiyini çox dəqiq şəkildə bildirdi. Madriddə itirdiklərim bir anlıq gözlərimin önünə gəldi. "Real"da hörmətimi itirmişdim. Transfer şərtlərinə qarşıa bilmərəm. Ancaq məndən asılı olsaydı, "Arsenal"a pulsuz gələrdim".

Xəbər 889 dəfə oxundu.