"Qalatasaray"la oyunöncəsi "Real"da ciddi itki
"Real" (Madrid) klubu Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la oyunöncəsi ciddi itki ilə üzləşib.

"Kral klubu"nun bu yay "Malaqa"dan transfer etdiyi futbolçusu İsko İspaniya millisinin bazasında hazırlıq zamanı zədələnib və Madridə geri dönüb.

21 yaşlı yarımmüdafiəçinin iki həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, bundan əvvəl Marselo millidə olarkən zədələnmişdi.

Xəbər 803 dəfə oxundu.