Güləşin qələbəsinə Azərbaycan töhfəsi
Hazırda bütün dünyanın diqqəti Argentina paytaxtı Buenos-Ayresə yönəlib. 2020-ci il olimpiadasının Yaponiya paytaxtı Tokio şəhərində keçiriləcəyi dəqiqləşəndən sonra bazar günü idman həvəskarlarını güləşin Olimpiya proqramında qalıb-qalmayacağı düşündürürdü.

İdman.com.az saytının məlumatına görə, səsvermə nəticəsində güləşçiləri, güləş mütəxəssislərini və bu idman növünün azarkeşlərini sevindirən qərar qəbul olundu. Sevindirici haldır ki, BOK üzvlərinin güləşə yaşıl işıq yandırmasında Azərbaycan güləşinin də payı oldu.

FİLA-nın yeni prezidenti Nenad Laloviç təqdimatını Azərbaycan güləşinin London Olimpiadasında tarixi zəfərini əks etdirən foto ilə bitirdi. Həmin slayddakı fotoda Olimpiya çempionumuz Şərif Şərifov məşqçi Firdovsi Umudovun çiynində əks olunub.

Xatırladaq ki, BOK-un 125-ci Sessiyasında Azərbaycandan qonaq qismində, gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru, I Avropa Oyunları Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev iştirak edirlər.

Xəbər 1323 dəfə oxundu.