"Mançester Yunayted" Arda Turanla maraqlanır
Hücuma meyilli yarımmüdafiəçi axtarışlarını davam etdirən "Mançester Yunayted" "Atletiko"nun futbolçusu Arda Turanın mümkün transferini nəzərdən keçirməyə hazırlaşır. Bu barədə El Mundo Deportivo məlumat yayıb. Madrid klubu Türkiyə millisinin oyunçusuna görə 24 milyon funt sterlinq tələb edir. Ardanın müqaviləsindəki transfer məbləği də məhz bu rəqəmə bərabərdi.

Xəbər 771 dəfə oxundu.