"Fənərbaxça"da tvitter qanunları
"Fənərbaxça"da futbolçular tvitterdə istədiyi mesajları paylaşa bilməyəcək.

"Sarı-lacivərdli"lərin klub rəhbərliyi yeni qanun qəbul edib. Belə ki, oyunçular tvitterdə paylaşım edərkən aşağıdakı qanunlara əməl etməlidir.

1) Matçdan qabaq heyətlə bağlı heç bir məlumat verməmək
2)Hakimləri tənqid edən paylaşımlar etməmək
3) Aarkeşlərin etirazına cavab bildirməmək
4) Komandadan ayrılmaq və ya qalmaqla bağlı məlumat verməmək

Xəbər 816 dəfə oxundu.