"Yuventus" daha bir hücümçu alır
"Cenoa”nın və İtaliya yığmasının hücumçusu Alberto Cilardino yenidən “Yuventus”un maraq dairəsinə düşüb.

Turin klubu 31 yaşlı forvardı yay transferi dövründə almaq istəsə də, buna nail olmadı. Bununla belə, “qoca sinyora” Cilardinodan əl çəkmək fikrində deyil.

Qeyd edək ki, “Yuventus” sözügedən futbolçunu qışda heyətinə qatmağı planlaşdırır.

Xəbər 831 dəfə oxundu.