Cennaro Qattuzonu qovurlar
İtaliya B Seriyasında çıxış edən “Palermo”nun baş məşqçisi Cennaro Qattuzo vəzifəsindən azad edilə bilər.

Komanda ötən mövsüm A Seriyası ilə vidalaşıb, B Seriyasına isə uğursuz start verib. “Palermo” keçirdiyi iki oyunda yalnız bir xal toplayıb. İtaliya mətbuatının məlumatına görə, klubun bu nəticəsi prezident Maurisio Camparinini bərk əsəbləşdirib. Daha bir uğursuz nəticə Qattuzonu işindən edəcək.

Qeyd edək ki, Qattuzonu əvəzləyəcək yeganə namizəd “Siena”nın baş məşqçisi Cuzeppe Yakini hesab olunur.

Xəbər 1002 dəfə oxundu.