"Simurq"dan yeni layihə
"Simurq" yeni layihəyə başlayır.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Layihəyə əsasən azarkeşlər suallar verəcək, futbolçular isə cavablayacaq:

"Əziz azərkeşlər, sizlərlə yeni bir əməkdaşlığa başlayırıq. Bundan sonra sizlərin sualları əsasında futbolçularımızdan müsahibələr alıb, saytımızda yerləşdirəcəyik. İlk müsahibimiz isə komandamızın kapitanı Ruslan Poladovdur. Bir həftə ərzində klubumuzun facebook və twitter səhifələrində yerləşdirəcəyimiz elanın altından suallarınızı yazıb bizə göndərin. Bundan sonra hamısın bir araya yığıb sizlərin adından Ruslana suallarınızı verəcəyik və cavablarla birlikdə “Simurq”un rəsmi saytı vasitəsilə yayımlayacayıq.

Qeyd edək ki, suallarınız həm klubla, həm komandamızın oyunlarıyla, həm də Ruslan Poladovun futbolçu karyerasıyla bağlı sizləri maraqlandıran mövzuda ola bilər".

Xəbər 881 dəfə oxundu.