2020 Olimpiya oyunları Tokioda
Bu gecə 2020 YaY Olimpiya oyunlarına ev sahibliyi edəcək şəhərin adı məlum olub.

Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək səsvermə İstanbul, Madrid və ya Tokiodan birini olimpiyadanın ev sahibi edəcəkdi.

113 Olimpiya təşkilatı ölkəsinin nümayəndələrinin 97-nin verəcəyi səs şəhərin kimliyini müəyyənləşdirib. Türkiyədən mərasimə ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan qatılmışdı.

İlk səsvermənin nəticələrinə əsasən Madrid şəhəri artıq mübarizəni dayandırıb. 2020 Olimpiya oyunlarına ev sahibliyi uğrunda İstanbul və Tokio şəhərləri yarışıblar. Finalda ən çox səs toplayan Tokio 2020 Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququnu əldə edib.

Xəbər 608 dəfə oxundu.