Milli komandanın futbolçusu intihar etdi
Slovakiya milli komandasının sabiq üzvü Marek Şpilar intihar edib. 38 yaşlı futbolçunun özünü beşinci mərtəbədən yerə atdığı bildirilir.

M.Şpiların belə bir addım atmasına sevgi münasibətlərində uğursuzluqa üzləşməsinin səbəb olduğu qeyd edilir.

1993/94 mövsümündə peşəkar futbolçu kimi debüt edən Şpilar Çexiya və Slovakiyanın müxtəlif klublarında da oynayıb.

Xəbər 988 dəfə oxundu.