"Rəvan" "Şahdağ"la heç-heçə etdi
Topaz Premyer Liqasında 6-cı turun "Qarabağ”la oyununa hazırlaşan "Rəvan” yığma komandaların görüşləri ilə əlaqədar yaranmış fasilədən istifadə edərək dünən yoxlama oyunu keçirib. Rəqib I divizion təmsilçisi "Şahdağ” olub.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, görüş 2:2 hesabı ilə başa çatıb.

Baş məşqçi Vladislav Qədirov bu oyunda yüngül zədəsi olan Elvin Həsənəliyev, Aqil Nəbiyev, Rəşad Abdullayev və Əziz Quliyevin, o cümlədən hələ ki fərdi məşqlərlə kifayətlənən Xuan Manuel Vareanın xidmətindən yararlana bilməyib.

Xəbər 824 dəfə oxundu.