Ronaldo Braziliya ilə yoldaşlıq oyununu buraxacaq
Portuqaliya yığmasının forvardı Kriştiano Ronaldo Braziliya ilə yoldaşlıq oyununu buraxacaq.

Buna səbəb onun tendinitdən əziyyət çəkməsidir.

Komandanın həkimi Enrike Cons Ronaldonun son həftəni müalicə olunduğunu və böyük fədakarlıq nümayiş etdirərək Şimali İrlandiyaya qarşı oynadığını qeyd edib.

Qeyd edək ki, Braziliya-Portuqaliya oyunu sentyabrın 10-da Boston şəhərində baş tutacaq.

Xəbər 892 dəfə oxundu.